Bu ilin iki ayında SKMF-ya 200 mln. manatlıq layihələr təqdim olunub

Bu ilin iki ayında SKMF-ya 200 mln. manatlıq layihələr təqdim olunub
# 06 mart 2018 08:34 (UTC +04:00)

"Cari ilin ilk iki ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna 200 milyon manat dəyərində layihələr təqdim olunub".

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu layihələrə 33 mln. manat dəyərində olan güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur.

"Cari ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən minimum 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur. Bundan başqa, əlavə maliyyə tədbirləri görülür ki, digər layihələrin həyata keçirilməsi mümkün olsun. Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilən layihələrin 90%-i kiçik sahibkarların payına düşür",- deyə Ş.Abdullayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR