Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib
# 30 sentyabr 2017 10:34 (UTC +04:00)

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytı xəbər verir ki, “Zenit”in hücumçusu Aleksandr Kokorin bütün həmkarlarını qabaqlayıb.

Rusiyalı futbolçu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. O, səslərin 39 faizini toplayaraq, ən yaxın izləyiciləri Konstantin Budesku ("Styaua", 24 faiz) və Manuel Fernandesi ("Lokomotiv”, 13 faiz) geridə qoyub.

Qeyd edək ki, “Zenit”in “Real Sosyedad”a 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Kokorin aktivinə 2 qol yazdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR