Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək
# 04 oktyabr 2017 15:41 (UTC +04:00)

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutacaq.

İtalyan dili həftəsi beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici İşlər Nazirliyi layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.

Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin mövzusu İtaliya kinematoqrafiyasıdır. Açılış konsertində məşhur italyan filmlərində istifadə edilən və italyan bəstəkarlarının filmlər üçün bəstələdikləri sevilən musiqilər piano və simli kvartetdə əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədovun (truba) ifasında səslənəcək.

Gecənin xüsusi qonağı məşhur italyan rejissoru və ssenarist Françesko Bruni olacaq.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından, ASAN xidmət mərkəzlərinin kassalarından və onlayn olaraq, iticket.az saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR