ABŞ səfiri Astarada olub

ABŞ səfiri Astarada olub
# 10 mart 2017 14:10 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Astara rayonunda səfərdə olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, səfir Robert Sekutanı Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qəbul edib. İH başçısı diplomata Astara rayonunun sosial-iqtisadi inkişafı, turizmi, kənd təsərrüfatı, əhalinin məşğulluğu, sənaye və emal müəssisələri barədə məlumat verilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın fəaliyyətindən, yeni inşa edilən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən söhbət açılıb. ABŞ investorlarının Astara rayonuna cəlb edilməsi məqsədilə müzakirələr aparılıb. Astara şəhərinin ABŞ-ın şəhərlərindən biri ilə qardaşlaşması təklifi də irəli sürülüb.

Səfir Astaraya bundan sonra tez-tez səfər edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR