Adanada törədilən partlayışda 2 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB

Adanada törədilən partlayışda 2 nəfər ölüb, 16 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 06:59 (UTC +04:00)

Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.


APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Adana valisi bildirib. İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.

***

09:21

Türkiyənin Adana vilayətində partlayış baş verib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR