BOTAŞ indiyədək dünya bazarına çıxardığı BTC neftinin həcmini açıqlayıb

BOTAŞ indiyədək dünya bazarına çıxardığı BTC neftinin həcmini açıqlayıb
# 10 noyabr 2016 13:26 (UTC +04:00)

2006-cı ildən cari ilin sentyabr ayının sonunadək Ceyhandakı dəniz terminalından bazara 2 mlrd. 577 mln. 923 min barrel neft çıxarılıb.

"APA-Economics" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, Adananın Ceyhan qəsəbəsində yerləşən Heydər Əliyev dəniz terminalından indiyədək 3 min tankerlə yuxarıda qeyd edilən həcmdə neft bazararlara çatdırılıb.

BOTAŞ Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarlarına çatdıran Bakı-Tbilis-Ceyhan (BTC) kəmərinin qonşu ölkə ərazisində operatorudur. Şirkətin açıqlamasına əsasən, sentyabr ayınadək 194 mln. 727 min barrel neft daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR