“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçir

“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçir
# 25 oktyabr 2017 12:33 (UTC +04:00)

“ASAN könüllüləri”nin növbəti 11-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) təcrübə keçməyə başlayıb.

RİH-dən APA-ya bildirilib ki, İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 11-ci qrupun üzvləri ilə görüş keçirilib. Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilib.

Sonra gənclər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR