Dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb

Dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb
# 20 oktyabr 2017 11:45 (UTC +04:00)

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. APA-nın xəbərinə görə, bu bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.


Sənəddə bildirilib ki, səhiyyə üçün ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə, 11, 7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

2018-ci ilin dövlət büdcəsi layihəsində “Səhiyyə” bölməsi xərcləri üzrə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması üçün 10,6 milyon manat vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR