Azərbaycanda dini ekstremizmə qarşı xüsusi əməliyyat aparanlar rabitə sahəsində səlahiyyətlər verilir

Azərbaycanda dini ekstremizmə qarşı xüsusi əməliyyat aparanlar rabitə sahəsində səlahiyyətlər verilir
# 19 oktyabr 2016 12:08 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparanlara rabitə xidmətləri sahəsində yeni səlahiyyətlər verilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Telekommunikasiya haqqında” qanunun 40-cı maddəsinə (Abunəçi və bağlanan müqaviləyə dair zəruri tələblər) əlavələr təklif edilib.

Layihəyə əsasən, “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı aparan orqanın göstərişi əsasında müvəqqəti dayandırıla bilər”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR