Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib
# 07 iyul 2018 18:02 (UTC +04:00)

Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib. APA-nın qərb bürosunun məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.

FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR