“Bank Nikoil” məcmu kapitalını artırıb

“Bank Nikoil” məcmu kapitalını artırıb
# 11 yanvar 2018 14:00 (UTC +04:00)

2017-ci ilin IV rübündə “Bank Nikoil”in aktivlərinin həcmi 437,331 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,54% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müqayisə olunan dövrdə bankın kredit portfeli 14,5% azalaraq 291,046 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 13% azalaraq 229,226 mln. manat təşkil edib. Öhdəliklərinin həcmi isə ötən ilin sonuna 362,365 mln. manat təşkil edib.

“Bank Nikoil”in məcmu kapitalı bir il ərzində 83% artaraq 95,597 mln. manata, nizamnamə kapitalı isə 19,2% artaraq 220 mln. manata yüksəlib.

Ümumilikdə, 2017-ci ili bank 2 mln. 708,57 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR