Bakıda polis avtomobili qəzaya düşüb

Bakıda polis avtomobili qəzaya düşüb
# 04 sentyabr 2017 09:46 (UTC +04:00)

Bakıda polis avtomobili qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Nəsimi rayon Polis İdarəsinə məxsus, polis nəfəri Xəlil Allahverdiyevin idarə etdiyi “Fiat Doblo” markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR