Britaniyalı parlamentar “Chatham House”a etirazını bildirib - VİDEO

Britaniyalı parlamentar “Chatham House”a etirazını bildirib - <span style="color: red;">VİDEO
# 22 iyul 2015 07:13 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, millət vəkili ötən həftənin sonunda Böyük Britaniya parlamentinin iclasında nitq söyləyərkən “Chatham House”un Bako Saakyanı Londona dəvət etməsinə etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı halda, özünü onun başçısı kimi təqdim edən şəxsə “Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?

B. Blekmen diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğalı, 1 milyona yaxın azərbaycanlının isə öz evlərindən məcburi köçürülərək qaçqın düşərgələrində məskunlaşması ilə nəticələnib: “Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə ədalətin bərqərar olunmasını 20 ildən çoxdur, gözləyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR