Bakı - APA. Liviya sahillərində tapılan qayıqdan 50 miqrantın cəsədi aşkarlanıb.
APA-nın xəbərinə görə, bu barədə "Reuters" yazır.
Miqrantların cəsədi İtaliya xilasediciləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tapılıb. Xilasedicilər 430 insanı xilas edə bilib.
Hazırda həyata keçirilən xilasedici əməliyyat davam etdirilir.