Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslərin cinayət işi ibtidai istintaqa qaytarılıb

Şahbaz Xuduoğlunun ofisindən oğurluq edən şəxslərin cinayət işi ibtidai istintaqa qaytarılıb
# 08 dekabr 2017 13:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vüqar Səlimov, Natiq İsayev, Feyruz Novruzov, İsmayıl Yusifov və Eldəniz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Eldəniz Vəliyevin vəkili Elmira İsmayılova vəsatət qaldıraraq, Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklərlə əlaqədar, təqsirləndirilən şəxslərin əməllərinin tövsif edildiyi maddələrin düzgün seçilmədiyini və işin ibtidai istintaqa geri qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və iş yenidən ibtidai istintaqa qaytarılıb. Məhkəmənin qərarı ilə həmin cinayət işi aiddiyyatı üzrə yerli məhkəmələrə göndərilməlidir.

Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri - Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri - Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıb.

Onlardan heroin və tiryək aşkar edilərək götürülüb.

Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus "Nəşriyyat evi"ndən 4200 manat pul oğurlamaları, habelə Vüqar Səlimovun sentyabrın 26-da "Qanun Nəşriyyatı” MMC-yə məxsus ofisdən içərisində 13 min manat olan seyfi oğurlaması müəyyən edilib.

Vüqar Səlimov "Qanun Nəşriyyatı” MMC-də çap şöbəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR