Siyəzən sakini intihara cəhd edib

Siyəzən sakini intihara cəhd edib
# 22 avqust 2014 07:07 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün gecə saatlarında Siyəzən rayonunda intihara cəhd faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Beşdam kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Rafiq Tofiq oğlu özünü yaşadığı evdə asıb.

Asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanan R.Hüseynov təcili Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinin ağır-stabil olduğu bildirilir. Onun intihara cəhd edərkən sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR