Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub
# 01 dekabr 2014 12:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-140, Kiçik Qafqazın çaylarında 60-170, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-190 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, dekabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir.

Son günlər yağan yağışlar nəticəsində isə Kür çayına tökülən çaylarda sululuğun artması ilə əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 23, Şirvanda 34, Salyanda 35, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində 33 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR