Şabranda 51 yaşlı kişi özünü güllələyib

Şabranda 51 yaşlı kişi özünü güllələyib
# 19 iyul 2014 10:04 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Əjdər Sədrəddin oğlu Soltanov yaşadığı Vidadi Abdullayev küçəsi 51 ünvanındakı evdə “İJ-27” markalı ov tüfəngi ilə özünü güllələyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR