Kürdəmirdə ev yanıb - VİDEO

Kürdəmirdə ev yanıb - <span style="color: red;">VİDEO
# 14 avqust 2014 11:11 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Kürdəmir şəhərinin Aşıq Əhməd küçəsindəki 14 saylı evdə qeydə alınıb.

Şəhər sakini, 1968-ci il təvəllüdlü Səfərov İlham Qabil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ev sahibi hadisə barədə rayon yanğından mühafizə hissəsinə gec məlumat verdiyi üçün yanğınsöndürənlər hadisə yerinə gec gəliblər.

Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR