Tiflisdə "Cənubi Qafqaz ölkələrində xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə" adlı seminar-təlim məşğələləri keçirilir - FOTO

Tiflisdə "Cənubi Qafqaz ölkələrində xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə" adlı seminar-təlim məşğələləri keçirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 23:16 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna, Polşadan gələn nümayəndələri iştirak edir. Tədbirdə Gürcüstan Fövqəladə Hallar üzrə Milli Mərkəzin direktoru Georgi Qxibradze, SVER proqramının Gürcüstan nümayəndəliyinin rəhbəri Devid Xoll, Gürcüstan hakimiyyətinin nümayəndəsi Nodar Nadiraşvili, SVER proqramının rəhbəri Kevin Qerret və başqaları çıxış edərək xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizəyə hazırlıq və həyata keçiriləcək tədbirlər haqqında məlumatlarla çıxış ediblər.

Sonra yerli və ümumimilli planların tənzimlənməsi, hadisələr və baş verən müxtəlif xəstəliklərə, o cümlədən Afrika taunu xəstəliyi və onun iqtisadi fəsadlarına qarşı mübarizədə əməli tədbirlərin həyata keçirilməsində nazirliklərin rolu barədə diskussiya aparılıb. Seminar-təlim məşğələlərində əsas məqsəd xüsusi xəstəliklərə qarşı həyata keçirilən tədbirlər haqqında ətraflı informasiya təqdim etmək, təcrübə mübadiləsi aparmaq və tədbir iştirakçıları olan ölkələrin ərazilərində olan vəziyyət barədə, eyni zamanda böhran vəziyyətlərdə KİV ilə əməkdaşlıq məsələlərinin müzakirəsini təşkil etməkdir.

Tədbirdə Azərbaycanı Fövqəladə hallar, Səhiyyə və Kənd təsərrüfatı nazirliklərinin nümayəndələri təmsil edir. Tədbir daha iki gün davam edəcək. Tədbirin sonunda iştirakçılar Tiflisdəki Luqara labarotoriya mərkəzində olacaq, buradakı təcrübələrdən bəhrələnəcəklər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət baytar xidmətinin sektor müdiri Kliment Əsədov APA-ya açıqlamasında seminar-təlim məşğələlərin keyfiyyətli şəkildə aparıldığını bildirib: "Biz tədbirdəki çıxışımızda ölkəmizdə xüsusi təhlükəli xəstəliklərlə bağlı qəbul olunan qanunvericik sənədləri haqqında və nazirlər kabinetində "Quş qripi haqqında" layihənin təsdiqi barədə məlumat verdik, eyni zamanda bizim təcrübəmiz barədə fikir mübadiləsi apardıq, qəbul olunan sənədlər barədə geniş məlumat verdik, sualları cavablandırdıq. Seminar-təlimdə bildirdik ki, "Dabax xəstəliyinə qarşı mübarizə tədbirləri haqqında" bizim yeni layihəmiz təsdiqə hazırdır. Üçgünlük seminar-təlim məşğələlərində məlum oldu ki, Azərbaycanda qəbul olunan müxtəlif layihələr iştirakçı ölkələrdə hələ qəbul olunmayıb."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR