Oqtay Əsədov Braziliyanın idman naziri ilə görüşüb

Oqtay Əsədov Braziliyanın idman naziri ilə görüşüb
# 06 noyabr 2014 14:21 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanın Braziliya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O qeyd edib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı zəmin yaradır: “Biz gələcəkdə Braziliya ilə bu sahədə əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik. Bunun üçün geniş potensial imkanlar var”.

Sədr dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayaraq Braziliya parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qruplarının yaradılmasını təqdirəlayiq hesab edib. O. Əsədov xatırladıb ki, gələn il Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır: "Bu baxımdan bu cür tədbirlərin keçirilməsində böyük təcrübəsi olan braziliyalı mütəxəssislərlə fikir mübadiləsi aparmaq bizim üçün çox önəmlidir. Futbol üzrə Azərbaycanın braziliyalı mütəxəssislərlə, güləş üzrə isə Azərbaycan ustalarının Braziliya idmançıları ilə təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyətli olardı”.

Aldo Rebelo isə Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək Azərbaycanın uğurlarına sevindiklərini bildirib. Qonaq 2015-ci ildə birinci Avropa Oyunlarının və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsini ölkənin idman sahəsindəki nailiyyəti kimi dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR