Burkina Fasoda keçid hökuməti yaradılacaq

Burkina Fasoda keçid hökuməti yaradılacaq
# 31 oktyabr 2014 01:29 (UTC +04:00)

Bakı-APA. Burkina Fasoda keçid hökuməti yaradılacaq. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin komandanı Onore Traore bildirib. Onun sözlərinə görə, keçid hökuməti bütün siyasi partiyalarla məsləhətləşmələrdən sonra formalaşdırılacaq. Ordu ölkədə komendant saatı tətbiq etmək niyyətindədir.

Ölkənin konstitusiya quruluşuna azı bir ildən sonra qaytarılacağı planlaşdırılır.

Qeyd edək ki, Burkina Faso prezidenti Blez Kompaore bundan əvvəl hökumətin buraxılmasına və ölkədə fövqəladə vəziyyətin elan edilməsinə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR