“Azəriqaz”da payız-qış mövsümünə hazırlıq müzakirə olunub

“Azəriqaz”da payız-qış mövsümünə hazırlıq müzakirə olunub
# 26 sentyabr 2014 15:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün “Azəriqaz” İstehsalat Birliyində Abşeron yarımadasında yerləşən qaz istismar sahələrinin aidiyyəti əməkdaşlarının iştirakı ilə payız-qış mövsümünə hazırlıq işlərinə həsr olunan iclas keçirilib.

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev bildirib ki, qarşıdan gələn payız-qış mövsümündə istehlakçıların təhlükəsiz və etibarlı qaydada təbii qazla təminatı üçün rayon qaz istismar sahələri tərəfindən qaz xətlərinə və cihazlarına keçirilən texniki baxış və profilaktiki xidmət işlərinin keyfiyyəti artırılmalı, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.

Yeni yaradılmış qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin bu istiqamətdə müəyyən uğurlara nail olduğu vurğulanıb, Azərbaycan Dövlət Neft Şirkətinin və aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı göstəriş və tövsiyələri haqqında ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR