Sergey Lavrov: “Kiyevlə Donetsk və Luqansk respublikaları arasında birbaşa dialoq Ukraynadakı böhranın həllinə gətirib çıxara bilər”

Sergey Lavrov: “Kiyevlə Donetsk və Luqansk respublikaları arasında birbaşa dialoq Ukraynadakı böhranın həllinə gətirib çıxara bilər”
# 04 dekabr 2014 13:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Kiyevlə Donetsk və Luqansk respublikaları arasında birbaşa dialoq Ukraynadakı siyasi böhranın həllinə gətirib çıxara bilər”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

“Avroatlantika regionu böhran yaşayır və bu böhrandan çıxış yolu olmalıdır. Əgər gələcəkdə belə problemlərlə üzləşmək istəmiriksə, səyləri birləşdirməli və keçmiş dərslərdən nəticə çıxarmalıyıq. Səhvləri etiraf etməkdən çəkinməklə, heç nə əldə etməyəcəyik”, - deyə o vurğulayıb.

S. Lavrov bildirib ki, bir il əvvəl Ukrayna böhranının qarşısını almaq mümkün olsa da, o zaman Brüssel Rusiya-Ukrayna-Avropa İttifaqı danışıqlar formatını rədd edib və bu ölkədə dövlət çevrilişini dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR