İrandan Azərbaycana narkotik gətirən şəxsin məhkəməsi başlayıb

İrandan Azərbaycana narkotik gətirən şəxsin məhkəməsi başlayıb
# 20 noyabr 2014 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Şahin Talıbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 24-nə təyin edilib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.

Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb və onun üzərindən 160,490 qram narkotik vasitə-heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR