"Cənub Qaz Dəhlizi" 1,2 mlrd.dollar dəyərində istiqraz emissiyasına hazırlaşır

"Cənub Qaz Dəhlizi" 1,2 mlrd.dollar  dəyərində istiqraz emissiyasına hazırlaşır
# 23 iyul 2014 10:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. "Cənub Qaz Dəhlizi" QSC 1,2 mlrd. dəyərində istiqraz emissiyasına hazırlaşır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, QSC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 12 463 550 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb.

İstiqrazların tədavül müddəti 720 gün, gəlirlilik 6 aylıq Libor+1% müəyyən olunub.

Yerləşdirmədə anderrayter kimi "PSG-Broker" MMC çıxış edir.

Xatırladaq ki, bu ilin may ayında "Cənub Qaz Dəhlizi" QSC 917 mln. 320,8 min ABŞ dolları dəyərində 10 illik istiqraz yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR