Anadolu Agentliyi beynəlxalq fotomüsabiqə elan edib

Anadolu Agentliyi beynəlxalq fotomüsabiqə elan edib
# 30 oktyabr 2014 11:32 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Anadolu Agentliyi (Anadolu Ajansı - AA) beynəlxalq foto müsabiqə elan edib.

Agentliyin Bakı bürosundan APA-ya verilən xəbərə görə, dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan AA növbəti ilkə imza ataraq, “İstanbul Photo Awards” adlı müsabiqəyə start verib.

Xəbər fotosu sahəsində dünyanın bütün professional fotoqraflarına açıq olan müsabiqə üçün müraciət tarixi bu il noyabrın 1-də başlayacaq, 31 Yanvar 2015-ci ildə bitəcək.

Müsabiqənin qalibləri dünyanın ən nüfuzlu mətbuat qurumları, jurnal və qəzetlərinin foto redaktorlarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Mükafatlandırma mərasimi 2015-ci ilin aprel ayında İstanbulda olacaq. Qaliblərə dörd kateqoriya üzrə və münsiflər heyətinin xüsusi mükafatı olmaqla toplam 58 min dollar pul mükafatı veriləcək.

Hər kateqoriya üzrə birinci yerin sahibi 8 min, ikinci yerin sahibi 3 min, üçüncü yerin sahibi isə 1,5 min dollar məbləğindəki mükafatın sahibi olacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət etmək üçün xüsusi olaraq müsabiqə ilə bağlı hazırlanmış istanbulphotoawards.comanadoluimages.com keçidlərindən istifadə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR