İsmayıllıda kənd klubu yanıb

İsmayıllıda kənd klubu yanıb
# 30 iyul 2014 20:48 (UTC +04:00)

Bakı-APA. İsmayıllıda axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Soltankənd kəndində (rayon mərkəzindən 27 km aralı) ümumi sahəsi 950 kv.m olan birmərtəbəli kənd klubunda baş verib. Nəticədə, klubun çardağının yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Klubun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR