Obama Pentaqonun yeni rəhbərinin adını bu gün elan edəcək

Obama Pentaqonun yeni rəhbərinin adını bu gün elan edəcək
# 05 dekabr 2014 00:18 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama dekabrın 5-də müdafiə naziri vəzifəsinə namizədi təqdim edəcək. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Bu vəzifəni tərk etmiş Çak Heygelin xələfinin onun müavini Eşton Karterin olacağı ehtimal edilir.

Çak Heygel noyabrın sonlarında müdafiə naziri vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR