“Kapital Bank” “KapitalBonus” layihəsinin tətbiqinə başlayıb

“Kapital Bank” “KapitalBonus” layihəsinin tətbiqinə başlayıb
# 20 noyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Kapital Bank” müştəriləri üçün “KapitalBonus” layihəsinin tətbiqinə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda ən böyük müştəri bazasına malik olan “Kapital Bank”ın 2 mln. 200 min nəfərdən çox aktiv kart sahibləri bu imkandan faydalana biləcəklər. Belə ki, layihə bankın bütün ödəniş kartı sahibləri üçün nəzərdə tutulub.

Layihə iki istiqaməti əhatə edir. Bankın kart sahibləri həm ölkə daxilində, həm də dünyanın istənilən ölkəsində “Kapital Bank”ın kartları ilə alış-veriş edən zaman bank öz komissiya gəlirlərinin bir hissəsini müştərinin kart hesabına geri qaytarır. Başqa sözlə, hər şey əvvəlki qaydada baş verir, müştəri heç nə itirmir, əksinə “Kapital Bank” öz gəlirini müştəriləri ilə paylaşmaqla xidmətlərinə əlavə dəyər qatır.

Layihənin ikinci istiqamətində isə “Kapital Bank” Azərbaycan daxilində fəaliyyət göstərən müxtəlif ticarət, xidmət, ictimai-iaşə müəssisələri ilə anlaşaraq özünün kart sahiblərinə xüsusi güzəştlər tətbiq edir. Beləliklə, “Kapital Bank”ın kart sahibləri bankın partnyorluq etdiyi ticarət və xidmət şəbəkələrində ödəniş apararkən 2%, 3%, 10% və s. həcmində bonus qazanırlar. Bonus məbləği, əməliyyat gününün səhəri müştərinin kart hesabına nağd pul şəklində geri qaytarılır. Layihə yeni başlansa da, artıq 100-dən çox ticarət və xidmət nöqtəsində “KapitalBonus” güzəştləri tətbiq olunur. Partnyorların siyahısı və “KapitalBonus” layihəsi üzrə aktiv kampaniyalar barədə www.kapitalbonus.az saytından ətraflı məlumat əldə etmək olar.

“Kapital Bank”ın İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib ki, bu, müştərilər üçün bir loyallıq proqramıdır: “Müştəri məmnuniyyəti bizim çox önəmlidir. Apardığımız bazar araşdırmaları ilə müştərilərimizin istək və ehtiyaclarını təhlil edərək onlar üçün maraqlı olan prioritet istiqamətlər müəyyənləşdirməyə çalışdıq. Hazırda “KapitalBonus” layihəsi bir sıra tibb müəssisələrində, məişət texnikası, geyim və s. mağazalarında tətbiq olunur. Gələcəkdə partnyorlarımızın sayının və fəaliyyət sahəsi üzrə xidmət çeşidinin artırılmasını nəzərdə tuturuq”.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR