BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu 2016-cı ildə Bakıda keçiriləcək

BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu 2016-cı ildə Bakıda keçiriləcək
# 26 sentyabr 2014 20:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostluq Qrupunun “Qlobal sülhə və birgə yanaşı yaşayışa yeni və baş qaldıran ideoloji təhlükələr” mövzusunda nazirlər toplantısında çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, Elmar Məmmədyarov çıxışı zamanı Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifini irəli sürüb.

Tədbirdə çıxış edən Bəhreyn, Monqolustan, Səudiyyə Ərəbistanı, Seneqal, Qatar və digər ölkələr Azərbaycanın təşəbbüsünü dəstəkləyərək bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar və Azərbaycanın foruma layiqincə ev sahibliyi edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR