Bakıda avtomobil yolun kənarında dayanan maşına çırpılıb, ölən və xəsarət alan var

Bakıda avtomobil yolun kənarında dayanan maşına çırpılıb, ölən və xəsarət alan var
# 29 iyul 2014 09:06 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi «BMW» markalı avtomobili yolun kənarında dayanmış, 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus «QAZ-53» markalı avtomobilə çırpıb.

Nəticədə, R.Ağaverdiyev xəstəxanaya yerləşdirilib, sərnişini, Balakən rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Həsənov isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR