Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi məlum olub

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və gündəliyi məlum olub
# 22 oktyabr 2014 08:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi məlum olub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, oktyabrın 28-də keçiriləcək növbəti iclasda 21 məsələ müzakirəyə çıxarılacaq.

Gündəliyə Cinayət-Prosessual, İnzibati Xətalar və Gömrük məcəllələrinə, o cümlədən “Polis haqqında”, “Yeyinti məhsulları haqqında”, “Qrant haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” və bir sıra qanunlara dəyişikliklər layihəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR