Moskvada azərbaycanlıya məxsus ərzaq mağazasına silahlı basqın olub

Moskvada azərbaycanlıya məxsus ərzaq mağazasına silahlı basqın olub
# 03 oktyabr 2014 14:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında azərbaycanlıya məxsus ərzaq mağazasına silahlı basqın olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə oktyabrın 2-də axşam saatlarında baş verib.

Paytaxtın Bojenka küçəsi-7 ünvanında yerləşən, azərbaycanlı S.N.Vəliyevə məxsus ərzaq mağazasına 5 nəfər əlisilahlı şəxs basqın edib. Basqınçılardan birinin üzündə qara maska olub. Onlar odlu silahdan havaya atəş açaraq satıcıya hədə-qorxu gəliblər və mağazadan 20000 rubl məbləğində pul aparıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR