Hanoyda “Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda konfrans keçirilib

Hanoyda   “Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda konfrans keçirilib
# 26 noyabr 2014 23:27 (UTC +04:00)

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Azərbaycanda neft sənayesinin tarixi inkişaf yolu, neft strategiyası, ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji sahəsində Azərbaycan və Vyetnam arasında tarixən mövcud olan əməkdaşlıq barədə konfrans iştirakçılarına məlumat verib. Səfir Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb və konfransın ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Vyetnam Parlamentinin Elm, Texnologiya və Ətraf Mühit komitəsinin sədri Phan Xuan Dung, Vyetnam Ticarət və Sənaye Palatasının baş katibi xanım Pham Thi Thu Hang, “PetroVyetnam” şirkətinin vitse prezidenti Nguyen Vu Truong Son, “VietSovPetro” şirkətinin baş direktorunun müavini Tran Van Vinh Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlıqdan söhbət açıb, bu əməkdaşlığın müasir dövrdə davam etdirilməsinin vacibliyini söyləyib və keçirilən konfransın bu istiqamətdə böyük əhəmiyyət daşığını vurğulayıblar.

Konfrans Vyetnam dövlət televiziyası tərəfindən nümayiş etdirilib, yerli mətbuatda geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR