Şəkidə avtomobil piyadanı vurub

Şəkidə avtomobil piyadanı vurub
# 16 dekabr 2014 06:27 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Şəki şəhər-rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 15-i gecə saat 23:30 radələrində Şəki şəhərinin Salman Mümtaz küçəsində qeydə alınıb. Şəki şəhər sakini Fiday Məcid oğlu Əsədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1982-ci il təvəllüdlü, Şəki rayonunun Cunut kənd sakini Fərhad Məmməd oğlu Məmmədovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan Fərhad Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, yaralı Fərhad Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR