Tovuzda ikinci Beynəlxalq Aşıq Festivalının iştirakçılarının konserti olub

Tovuzda ikinci Beynəlxalq Aşıq Festivalının iştirakçılarının konserti olub
# 15 noyabr 2014 02:28 (UTC +04:00)

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış ediblər. Çıxışlarda bu gün Azərbaycanda aşıq sənətinin inkişafının ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

Konsert proqramı Tovuz Musiqi Məktəbinin “Misri” gənc aşıqlar qrupunun çıxışı ilə başlayıb. Daha sonra Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Dağıstan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan aşıqları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR