Donetskdə artilleriya atəşi nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb

Donetskdə artilleriya atəşi nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb
# 20 avqust 2014 18:38 (UTC +04:00)

Bakı-APA. Donetskin iki bölgəsində artilleriya atəşi nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Donetsk şəhər sovetinin mətbuat xidməti açıqlama yayıb.

“Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalmaqdadır. Bu gün 7 nəfər şəhərin Petrovskiy rayonunda, 2 nəfər isə Kiyev rayonunda ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb”, - deyə sənəddə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR