Azərbaycanda ümumi kredit qoyuluşlarının həcmində azalma müşahidə olunur

Azərbaycanda ümumi kredit qoyuluşlarının həcmində azalma müşahidə olunur
# 07 iyul 2015 15:17 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları iyun ayının 1-ə 19 mlrd. 877,6 mln. manatlıq kredit qoyuluşu həyata keçirib.

Mərkəzi Bankdan "APA-Economics"ə verilən xəbərə görə, may ayında kredit qoyuluşlarının həcmi 0,6% və ya 127,2 mln. manat azalıb.

İlin əvvəli ilə müqayisədə kredit qoyuluşları 10,3% və ya 1 mlrd. 860,2 mln. manat artıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə kredit qoyuluşları 23,3% və ya 3 mlrd. 752,1 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR