Azərbaycanda kreditlərin sığortasına maraq artıb

Azərbaycanda kreditlərin sığortasına maraq artıb
# 23 may 2018 13:00 (UTC +04:00)

Azərbaycanda kreditlərin sığortasına maraq artıb.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 9600 manat olub. Bu, mart ayındakı göstəricidən 7800 manat və ya 5,3 dəfə çoxdur.

Bir il əvvəl ilə müqayisə etsək, ölkədə kreditlərin sığortası üzrə daxilolmalar 100% artıb.

Bu ilin 4 ayında kreditlərin sığortası üzrə ödəniş aparılmayıb. Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında kreditlərin sığortası üzrə ödənişlər 4133 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR