Azərbaycanın bank sektorunun aktivləri 30 mlrd. manatdır

Azərbaycanın bank sektorunun aktivləri 30 mlrd. manatdır
# 04 avqust 2017 08:13 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 36,9 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 322,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 714 mln. manatdır. Əhalinin əmanətləri 6 mlrd. 880,7 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2501-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16095 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR