Rusiyada terror aktı planlaşdıran İŞİD-çilər saxlanılıb

Rusiyada terror aktı planlaşdıran İŞİD-çilər saxlanılıb
# 04 may 2018 16:03 (UTC +04:00)

Rusiyada terror aktı törədilməsi cəhdinin qarşısı alınıb.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyada terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının 5 üzvü 3-4 may tarixlərində Yaroslavl şəhərində saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilir ki, axtarış zamanı həmin şəxslərin üzərindən partlayıcı qurğular, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda zəruri əməliyyat-axtarış tədbirləri və istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR