Londondakı terrorda şübhəli bilinən daha 1 nəfər saxlanılıb

Londondakı terrorda şübhəli bilinən daha 1 nəfər saxlanılıb
# 26 mart 2017 19:34 (UTC +04:00)

Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat verib.

Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir . Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR