İxtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq

İxtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq
# 19 oktyabr 2016 11:06 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı press brifinq keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, brifinqdə bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış Dövlət Peşə Təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək.

Qeyd olunub ki, peşə təhsil mərkəzlərinə təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR