İran Motəlifə İslam Partiyası prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb

İran Motəlifə İslam Partiyası prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb
# 25 fevral 2013 06:59 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Motəlifə İslam Partiyası 2013-cü il iyunun 14-də keçiriləcək prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, partiyanın baş katibliyindən bu şəxsin Yəhya Əl İshaq olduğu bildirilib.

Qeyd edək ki, Y. Əl İshaq hazırda Tehran şəhəri Sənaye, Mədənlər və Ticarət Palatasının sədridir. Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə İran Ticarət Nazirliyində işləyib.

Ötən həftə Motəlifə İslam Partiyasının üzvü Həmidrza Tərəqqi İLNA-ya açıqlamasında bildirib ki, hazırda prezidentliyə namizəd kimi Məhəmmədrza Bahünər (parlamentin vitse-spikeri), Manuçöhr Möttəki (keçmiş xarici işlər naziri) və Y. Əl İshaq arasında seçim aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR