«Bank of Baku» yeni güzəştli kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni güzəştli kredit kampaniyasına başlayıb
# 14 yanvar 2014 08:32 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC kreditlərin təminatlılığının artırılması məqsədi ilə «Arayışla gəl, 5%-dək kral endirimi al!» adlı güzəştli kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim edən bütün yeni və təkrar müştərilərə nağd kreditə 5%-dək endirim tətbiq edilir.

Arayışlı kreditin məbləği müştərinin bankla əməkdaşlıq tarixçəsindən və iş yerindən asılı olaraq dəyişəcək. Bu kampaniya nağd kreditlərə şamil edilir (avtomobil, ipoteka, əmanət və VİP kreditlər istisnadır).

Qeyd edək ki, endirimli kampaniya fevralın 13-dək davam edəcək. Kreditin maksimal məbləği 15 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR