Londonda “Bakı-2015” I Avropa Oyunları ilə bağlı moda nümayişi keçirilib

Londonda “Bakı-2015” I Avropa Oyunları ilə bağlı moda nümayişi keçirilib
# 29 aprel 2015 20:07 (UTC +04:00)

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub. Sonra azərbaycanlı modelyerlər milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimləri təqdim ediblər. Moda nümayişi böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR