Çempionlar Liqasında IV turun oyunları keçirilib - NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqasında IV turun oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR  - <span style="color: red;">VİDEO
# 05 noyabr 2014 22:49 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, IV turun qarşılaşmaları çərçivəsində ötən gün azarkeşlər 8 qarşılaşma izləyiblər.

E qrupunda lider “Bavariya” “Alyans Arena”da “Roma”nı sınağa çəkib. Bu görüşdə növbəti mərhələyə keçmək üçün “canavarlar” Almaniyadan xalla qayıtmaq niyyətində idi. Lakin Münhen klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, xalını 12-ə çıxarıb və 1/8 finala vəsiqə qazanıb.

Aktivində 2 xalı olan “Mançester Siti” autsayder MOİK-i qəbul edib. Moskvalılar 9 nəfərlə qalan “şəhərlilər”i məğlub etməyi bacarıb – 1:2.

PSJ evində APOEL-lə 1:0, “Barselona” səfərdə “Ayaks”ya 2:0 hesabı ilə qalib gəlib.

G qrupunun vahid lideri “Çelsi” səfərdə “Maribor”un müqaviməti ilə üzləşib. Hesabda geri düşən London klubu 73-cü dəqiqədə Matiçin qolu sayəsində 1 xal qazanmağı bacarıb.

“Sportinq” doğma publika önündə “Şalke” ilə üz-üzə gəlib. Lisaabonda keçən qarşılaşmada qapılara 6 qol vurulub və meydan sahibləri qələbəyə seviniblər – 4:2

“Porto” “Atletik”dən (2:0), “Şaxtyor” BATE-dən (5:0) güclü olub. Bununla da İspaniya təmsilçisi 1/8 finala çıxma şansını itirib.

Çempionlar Liqası

IV tur

E qrupu

“Bavariya” – “Roma” - 2:0

Qollar: Riberi, 38, Qötse, 64

“Mançester Siti” - MOİK - 1:2

Qollar: Ture, 8 - Doumbia, 2; 34

F qrupu

PSJ – APOEL - 1:0

Qol: Kavani, 1

“Ayaks” – “Barselona” - 0:2

Qollar: Messi, 36; 76

G qrupu

“Maribor” – “Çelsi” - 1:1

Qollar: İbraimi, 50 - Matiç, 73

“Sportinq” – “Şalke” - 4:2

Qollar: Sarr, 26, Cefferson, 52, Nani, 73, Slimani, 90+1 - Slimani, 17-avtoqol, Aoqo, 88

H qrupu

"Atletik” – “Porto” - 0:2

Qollar: Martines, 56, Brahimi, 73

“Şaxtyor” – BATE - 5:0

Qollar: Srna, 19, Aleks, 48, Adriano, 58-pen; 83, 90+3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR