İranda 4 azərbaycanlı milli fəalın məhkəmə prosesi keçirilib

İranda 4 azərbaycanlı milli fəalın məhkəmə prosesi keçirilib
# 02 avqust 2013 00:44 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda 4 azərbaycanlı milli fəalın məhkəmə prosesi keçirilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Cahanbəxş (Salur) Sultanzadə, Bəhnam Bağıri, Hüseyn Vəlizadə və Vahid (Barış) Əlizadə hakimiyyət əleyhinə təbliğat aparmaqda və Güney Azərbaycan Tələbə Günü ilə bağlı gecələr bildiriş yaymaqda günahlandırılıblar. Məhkəmə prosesi iyulun 28-də Maku Ümumi Məhkəməsinin birinci şöbəsində keçirilib. Proses yerli vaxtla səhər saat 10:30-da başlayib və 12:00-da yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı fəallar İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən mayın 9-da Makı şəhərində həbs ediliblər. C. Sultanzadə, B. Bağıri və V. Əlizadə 15 milyon tümən zəmanətlə sərbəst buraxılıblar. ETTELAAT əməkdaşları Makı Pəyam-e Nur Universitetinin hüquq fakültəsinin tələbəsi, şair C. Sultanzadənin evində axtarış aparıb, azərbaycanlı fəala məxsus kompüteri, kitabları, əlyazmaları və digər şəxsi əşyaları müsadirə ediblər. B. Bağıri isə şəxsi oyuncaq mağazasında həbs edilib. V. Əlizadə və H. Vəlizadə də digər iki azərbaycanlı fəalla bərabər həbs olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR