Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb
# 09 oktyabr 2014 21:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Məlumatda bildirilib ki, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Yanğın saat 21:58-də söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR